قال الله تعالى:
﴿وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌۖ أُجِيبُ دَعۡوَةَ ٱلدَّاعِ إِذَا دَعَانِۖ فَلۡيَسۡتَجِيبُواْ لِي وَلۡيُؤۡمِنُواْ بِي لَعَلَّهُمۡ يَرۡشُدُونَ١٨٦﴾
Qullarım səndən Mənim barəmdə soruşsalar, sözsüz ki, Mən onlara yaxınam, Mənə dua edənin duasını dua etdiyi vaxt qəbul edərəm. Gərək onlar da, Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, doğru yola yönəlsinlər.