«اللهُمَّ اقْسِمْ لَنَا مِنْ خَشْيَتِكَ مَا تَحُولُ بَيْنَنَا وَبَيْنَ مَعَاصِيكَ، وَمَنْ طَاعَتِكَ مَا تُبَلِّغُنَا بِهِ جَنَّتَكَ، وَمَنَ الْيَقِينِ مَا تُهَوِّنُ عَلَيْنَا مَصَائِبَ الدُّنْيَا، اللهُمَّ أَمْتِعْنَا بِأَسْمَاعِنَا، وَأَبْصَارِنَا، وَقُوَّتِنَا مَا أَحْيَيْتَنَا، وَاجْعَلْهُ الْوَارِثَ مِنَّا، وَاجْعَلْ ثَأْرَنَا عَلَى مَنْ ظَلَمْنَا، وَانْصُرْنَا عَلَى مَنْ عَادَانَا، وَلَا تَجْعَلْ مُصِيبَتَنَا فِي دِينِنَا، وَلَا تَجْعَلِ الدُّنْيَا أَكْثَرَ هَمِّنَا، وَلَا مَبْلَغَ عِلْمِنَا، وَلَا تُسَلِّطْ عَلَيْنَا مَنْ لَا يَرْحَمُنَا»
Allahummə-qsim lənə min xaşyətikə mə təhulu bihi beynənə və beynə məasiyk, və min taətikə mə tybəlliğunə bihi cəənnətək, və minəl-yəqini mə tuhəvvinu aleynə məsaibəd-dunyə. Allahummə, əmti'nə bi əsmainə və əbsarinə və quvvatinə mə əhyəytənə, vəc'alhul-varisə minnə, vəc'al sə'rənə alə mən zaləmənə, vən-surnə alə mən adanə, vələ təc'al musibətənə fi dininə, vələ təc'alid-dunya əksəra həmminə və lə məbləğə ilminə, vələ tusallit aleynə mən lə yərhəmunə.
“Allahım, bizə Öz tərəfindən elə təqva bəxş et ki, o, bizimlə günahlar arasına sədd çəksin, Sənə itaət etmək üçün bizə elə qüdrət bəxş et ki, o, bizi Sənin Cənnətinə yetişdirsin və bizə elə yəqinlik bəxş et ki, o, dünyadakı müsibətlərə səbir etməyi bizim üçün asanlaşdırsın! Habelə, bizi yaşatdıqca, qulağımızdan, gözümüzdən və gücümüzdən səmərəli istifadə etməyi bizə nəsib et və bunların hamısını bizim üçün qoyub gedəcəyimiz miras et! Bizə zülm edən kimsədən intiqam almağımız, habelə, bizimlə düşmənçilik edən kimsəyə qalib gəlməyimiz üçün bizə yardım et! Bizə göndərəcəyin müsibəti dinimizə aid etmə! Dünya malını da, bizim ən böyük arzumuz və ən ali qayəmiz etmə! Habelə, bizə rəhm etməyən kimsələri bizim üzərimizdə hökmran etmə!”