«وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالْأَرْضَ حَنِيفًا، وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ، إِنَّ صَلَاتِي، وَنُسُكِي، وَمَحْيَايَ، وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ، لَا شَرِيكَ لَهُ، وَبِذَلِكَ أُمِرْتُ وَأَنَا مِنَ الْمُسْلِمِينَ، اللهُمَّ أَنْتَ الْمَلِكُ لَا إِلَهَ إِلَّا أَنْتَ، أَنْتَ رَبِّي، وَأَنَا عَبْدُكَ، ظَلَمْتُ نَفْسِي، وَاعْتَرَفْتُ بِذَنْبِي، فَاغْفِرْ لِي ذُنُوبِي جَمِيعًا، إِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ، وَاهْدِنِي لِأَحْسَنِ الْأَخْلَاقِ لَا يَهْدِي لِأَحْسَنِهَا إِلَّا أَنْتَ، وَاصْرِفْ عَنِّي سَيِّئَهَا لَا يَصْرِفُ عَنِّي سَيِّئَهَا إِلَّا أَنْتَ، لَبَّيْكَ وَسَعْدَيْكَ وَالْخَيْرُ كُلُّهُ فِي يَدَيْكَ، وَالشَّرُّ لَيْسَ إِلَيْكَ، أَنَا بِكَ وَإِلَيْكَ، تَبَارَكْتَ وَتَعَالَيْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ»
{وهو من أدعية استفتاح الصلاة، خاصة في صلاة قيام الليل}
Vəccəhtu vəchiyə lilləzi fətəras-səmavati vəl-arda hənifən və mə ənə minəl-muşrikin. İnnə saləti və nusuki və məhyayə və məmati lilləhi Rabbil-aləmin, lə şərikə ləhu və bi zalikə umirtu və ənə minəl-muslimin. Allahummə, əntəl-məliku lə ilahə illə ənt. Əntə Rabbi və ənə abdukə, zaləmtu nəfsi və'tərəftu bi zənbi, fəğfir li zunubi cəmian, innəhu lə yəğfiriz-zunubə illə ənt, vəhdini liəhsənil-əxlaqi lə yəhdi liəhsənihə illə ənt, vəsrif anni seyyiəhə lə yəsrifu anni seyyiəhə illə ənt. Ləbbeykə və sə'deykə, vəl-xayru kulluhu fi yədeykə, vəş-şərru leysə ileykə, ənə bikə və ileykə, təbarəktə və təaleyt, əstəğfirukə və ətubu ileyk.
“Üzümü hənif (ixlasla Allaha ibadət edənlərdən) olaraq göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm. Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanlardanam. Allahım! Hökmdar Sənsən. Səndən başqa məbud yoxdur. Sən mənim Rəbbimsən, mən isə Sənin qulun. Özümə zülm etdim və günahımı etiraf etdim. Mənim bütün günahlarımı bağışla! Şübhəsiz ki, günahları ancaq Sən bağışlaya bilərsən. Mənə ən gözəl əxlaq nəsib et! Onun ən gözəlini ancaq Sən bəxş edə bilərsən. Onun pisindən məni uzaq et! Məni onun pisindən ancaq Sən uzaqlaşdıra bilərsən. Buyur, əmrinə müntəzirəm! Xeyir bütünlüklə Sənin iki Əlindədir. Şər isə Sənə aid deyildir. Mən Səninləyəm, Sənə də dönəcəyəm. Mübarək və Ucasan! Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm”
Bu, namazın açılış dualarındandır, xüsusilə də, gecə namazında (qiyamu-leyldə) oxunur.