5
Beşincisi: dua edən kimsənin, yemək-içməyinin haram qazancdan olmaması vacibdir. Çünki bu, duanın qəbul olunmasına mane olan amillərdəndir. Əbu Hureyranın L rəvayət etdiyi hədisdə Rəsulullah -, uzun müddətli səfərə çıxmış, saçları dağınıq, üst-başı da toz-torpaq içində olan və bu halda əllərini göyə qaldırıb: “Ya Rəbb, ya Rəbb!”– deyə yalvaran birisini xatırlatdı. Sonra davam edib dedi: halbuki onun yediyi, haram, içdiyi haram, geydiyi haram – haramla böyümüşdür. Beləsinin duası necə qəbul ola bilər?!”