4
Dördüncüsü: günahlarının sayəsində Allahdan nə qədər uzaq olsan da uca Allah sənin tövbə etməyinə və Ona doğru yönəlməyinə sevinir. Nəbadə duanın qəbul olunmamasını düşünəsən, yaxud Allahın rəhmətindən ümidini üzəsən, əksinə, Onun sənin tövbə etməyinə və Ona doğru yönəlməyinə sevinməsini düşün, - halbuki Onun buna ehtiyacı yoxdur, - habelə, bu ayələr haqda da düşün: “Şübhəsiz ki, Allah bütün günahları bağışlayır” (əz-Zumər, 53), “Qullarım səndən Mənim barəmdə soruşsalar, şübhəsiz ki, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm.” (əl-Bəqərə, 186).