1
Birincisi: dua edən adam uca Allaha ixlasla dua etməli və yəqin bilməlidir ki, yalnız uca Allah onun duasını qəbul etməyə qadirdir. Elə isə o, uca Allahdan başqasına dua etməməli və Ondan qeyrisi ilə, – istər peyğəmbər, istər övliya, istər mələk, istər əməlisaleh bəndə və ya başqa kim olursa olsun, – təvəssül etməməlidir. Uca Allah buyurur: “Dini məhz Allaha aid edərək Ona dua edin!” (Ğafir, 14).