1
Ey müsəlman! Sən Rəbbinə möhtacsan...
Pak və müqəddəs Allahın isə buna ehtiyacı yoxdur.
Sən yalnız Quran və Sünnədə olan dualara sarıl.
Bunları qəlbən yerinə yetirməyə hazırlaş...
Bunlar, hər bir xeyri özündə cəm edən dualardır.
Bacardığın qədər bu dualardan əzbərlə.
Nə çox dua var ki, sənin hər bir istəyinin yerinə yetməsinə kifayətdir.
Çünki bunlar yığcam və geniş mənalı dualardır.
Bu dualar sənin qəlbini oyadacaq və Rəbbinə olan mütiliyini artıracaqdır.