Ruqya etdikdə bəzi şərtlərə və diqqət yetiriləsi məqamlara riayət etmək gərəkdir ki, bunlar da aşağıdakılardır:
1. Ruqya etdikdə oxunan dualar Quran və Sünnədən (hədislərdən) səhih olmalı, üstəlik, bu dualar istər ləfz, istərsə də üslub baxımından, şirkdən, bidətlərdən və haramlardan uzaq olmaldır.
2. Müsəlman olan kəs yalnız Rəbbinə sarılmalı və Ona təvəkkül etməlidir; və bilməlidir ki, ruqya sadəcə bir səbəbdir və uca Allahın izni olmadan onun heç bir təsiri ola bilməz.
3. Adam ruqyanı təcrübə üçün etməməlidir, əksinə, onun təsir edəcəyinə inanmalıdır; həm ruqya (dua) edən, həm də ruqya olunan adam rüqyanın təsir edəcəyinə və onunla şəfa tapacağına inanmalıdır.
4. Qurani Kərimin ayələrinin hamısında şəfa vardır. Uca Allah buyurur: “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik.” (əl-İsra, 82). Lakin hansı ayələrin ruqya olması barədə hədislər varid olmuşdursa, həmin ayələri oxumaq daha münasibdir.
5. Xəstənin özü özünü ruqya etməsi daha əfzəldir. Belə ki, bu, onun üçün daha faydalı və onun öz Rəbbinə möhtac olduğunu səmimiyyətlə göstərmək üçün daha münasibdir. Çünki ruqya etdikdə qəlbən dua etməyin və bunu ixlasla yerinə yetirməyin təsiri vardır.