9
Duanın qaxilində Allaha mədh və Onun şəninə təriflər olmalıdır. Belə ki, uca Allah qulunun Onu tərifləməklə məşğul olmasını sevir. İstəyir ki, qulu Onu tərifləyərək Ona ibadət etsin. Yoxsa ki, Allahın Öz qullarına ehtiyacı yoxdur. İki “Səhih” əsərdə, İbn Məsudun L rəvayət etdiyi hədisdə deyilir ki, Peyğəmbər - belə buyurmuşdur: “Bir də ki, Allah üçün tərif olunmaqdan daha əziz bir şey yoxdur. Odur ki, O, Özünü tərifləyir.”