8
Duasını gizli şəkildə etməli, yüksək səslə deməməlidir. Bu xüsusda uca Allah belə buyurur: “Rəbbinizə acizanə, həm də gizlicə dua edin!” (əl-Əraf, 55). Duanı gizli şəkildə etmək ixlaslı olmağa daha yaxındır. Odur ki, uca Allah Zəkəriyyanın A bu şəkildə dua etməsini tərifləyərək buyurur: “Bir zaman Zəkəriyya Rəbbinə gizlicə dua edib demişdi...” (Məryəm, 3). Bəzi təfsir alimlərinin rəyinə görə, o, duası ixlaslı olsun deyən belə etmişdir.