6
Uca Allaha Onun gözəl adları ilə dua etməli və duanın mənasına uyğun olaraq müxtəlif adlarla Ona xitab etməlidir. Məsələn, Allahdan (azza wajal) ruzi dilədikdə: “Ya Rəzzaq!”, rəhmət dilədikdə: “Ya Rəhman, ya Rəhim!”, izzət dələdikdə: “Ya Aziz!”, məğfirət dilədikdə: “Ya Ğafur!”, şəfa dilədikdə: “Ya Şafi!”– deyə xitab etməlidir. Beləcə, duanın mənasına uyğun gələn adlarla Allaha (azza wajal) dua etməlidir. Bu xüsusda uca Allah belə buyurur: “Ən gözəl adlar Allaha məxsusdur. Ona bu adlar vasitəsi ilə dua edin” (əl-Əraf, 180).