5
Uca Allah barədə gözəl zənn edərək və duanın qəbul ediləcəyinə yəqinliklə inanaraq Allaha dua etməli, üstəlik, duanın tez qəbul edilməsinə tələsməməli, əksinə, yəqinliklə inanmalıdır ki, uca Allaha onun duasını qəbul edəcək. Əbu Hureyra L rəvayət etmişdir ki, Peyğəmbər - demişdir: “Adam günah olan bir şey üçün və ya qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə, habelə, tələsmədikcə duası qəbul olunar.” Səhabələr: “Ya Rəsulullah, tələsmək nədir?” – deyə soruşduqda, Rəsulullah - belə buyurmuşdur: “Adam: “Dua etdim, dua etdim, lakin duam qəbul olmadı”– deyərək ümidini kəsir və duanı tərk edir.”