4

Duanı, qüdrətli və qüvvətli Allaha həmd-səna etməklə və Onun rəsuluna - salavat gətirməklə başlamalıdır. Buna dəlalət edən hədisdə Rəsulullahın - səhabəsi Fədalə ibn Ubeyd L demişdir: “Rəsulullah - bir nəfərin, Allahın şəninə təriflər demədən və Peyğəmbərə - salavat gətirmədən namazda dua etdiyini eşitdi. Rəsulullah -: “Bu adam tələsdi”– dedi. Sonra həmin adamı yanına çağırıb ona belə buyurdu: “Sizlərdən biri namazda dua etmək istəsə, əvvəlcə qüdrətli və qüvvətli Rəbbinin şəninə təriflər desin və Ona həmd-sənalar etsin, sonra Peyğəmbərə - salavat gətirsin, daha sonra isə istədi qədər dua etsin.” Və əgər adam duanı Allaha həmd-sənalar deməklə – ələlxüsus da bəzi surələrin əvvəllərində zikr edilən həmd ayələri ilə başlasa (bu ayələri bir qədər sonra zikr edəcəyik), sonra Peyğəmbərə - salavat gətirsə, daha sonra uca Allahı müxtəlif cür həmd-sənalarla tərif etsə (bu duaları da bir qədər sonra zikr edəcəyik) duanın qəbul edilməsinə daha yaxın olar.

4/10