10
Dua edən adam duanın hansı vaxtlarda qəbul olunduğunu araşdırıb öyrənməli və uca Allaha həmin vaxtlarda dua etməldir. Duanın qəbul olunan yerlərinə və zamanlarına aid sünnədə varid olanlardan bəziləri bunlardır: Azan və iqamə arasında, gecənin son üçdəbirində, cümə saatında, namazların axırında, səcdədə və yağış yağarkən edilən dua, habelə, müsəlmanın, yanında olmayan müsəlman qardaşı üçün etdiyi dua, valideynin öz övladı üçün etdiyi dua, həmçinin, müsafirin və məzlumun duası.