1
Namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz alıb pak olduğu halda dua etməlidir.
İki “Səhih” əsərdə Əbu Musanın L rəvayət etdiyi hədis, əmisi Əbu Amirlə L olan hadisə buna dəlildir. Bu hədisdə Əbu Amir L Əbu Musaya L vəsiyyət etmişdir ki, Peyğəmbərdən - onun üçün dua etməsini xahiş etsin. Əbu Musa L onun istəyini Peyğəmbərə - xəbər verdikdə, Peyğəmbər - su gətizdirib dəstəmaz almış, sonra əllərini göyə qaldırıb demişdir: “Allahım, qulun Əbu Amiri bağışla!” O, əllərini o qədər qaldırdı ki, mən onun hər iki qoltuqaltının ağlığını gördüm. O davam edib dedi: “Allahım, Qiyamət günü onu yaratdıqlarının, yaxud insanların çoxundan üstün et!”