Duanın sözlərini təkrar etməli və dilədiyini uca Allahdan israrla istəməlidir. İbn Abbasın N rəvayət etdiyi hədisdə xəbər verilir ki, Bədr döyüşü günü Peyğəmbər - səhabələri üçün: “Allahım, mənə vəd etdiyini yerinə yetir, mənə vəd etdiyini ver!”– deyə Rəbbinə dua edərək bunu o qədər təkrar etdi ki, axırda ridası[Bədənin qurşaqdan yuxarı hissəsini örtən, çiyinə atılan bürüncək.] çiynindən yerə düşdü və Əbu Bəkr L onu yenidən Peyğəmbərin - çiyninə salıb dedi: “Ey Allahın peyğəmbəri! Rəbbinə bu qədər yalvarmağın kifayət edər.”
Həmçinin, iki “Səhih” əsərdə Əbu Hureyradan L rəvayət edilmiş hədisdə xəbər verilir ki, Peyğəmbər - Dövs qəbiləsi üçün belə dua etmişdir: “Allahım, dövslilərə hidayət ver və onları doğru yola gətir! Allahım, dövslilərə hidayət ver və onları doğru yola gətir!” Bu hədisi Buxari (2937) və Muslim (2524) rəvayət etmişdir.