1

Həmd aləmlərin Rəbbi Allaha məxsusdur! Allahın möhtərəm Rəsuluna, Onun əhli-beytinə və cəmi səhabələrinə salavat və salam olsun!

Bu, maraqlı bir kitabdır. Bu kitabın içində növbənöv yığcam dualar (Uca Allaha edilən təriflər, Quranda zikr olunan dualar, Peyğəmbərin - etdiyi dualar, Peyğəmbərin - Allaha sığınmaq üçün etdiyi duaları, şəri ruqya, səhər və axşam zikrləri), həmçinin, duanın ədəbləri zikr edilir. Mən, səhih duaları seçib yazmağa çalışmışam ki, hər bir müsəlman, Quran və Sünnədə varid olan, özündə çoxlu xeyir cəm edən dualarla Allaha yalvarsın. Mən hər bir duanın ərəbcəsini, onun tərcüməsini və onun necə tələffüz edildiyini qeyd etmişəm. Dualara aid hədislərin səhih olduğunu isə kitabın sonunda zikr etmişəm.

Uca Allahdan istəyim budur ki, bu əməli, səmimi-qəlbdən, Onun ehtirama layiq olan Üzü xatirinə yerinə yetirilən əməllərdən etsin. Peyğəmbərimiz Muhəmmədə, Onun əhli-beytinə və cəmi səhabələrinə Allahın salavatı və salamı olsun!

Dr. Abdullah ibn Həmud əl-Fureyh

1/1